Əhali 6 ayda 27 milyard manatlıq alış-veriş edib

14:16 | 10.07.2024
Əhali 6 ayda  27 milyard manatlıq alış-veriş  edib

Əhali 6 ayda 27 milyard manatlıq alış-veriş edib

2024-cü ilin ilk altı ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27251,2 milyon manatlıq məhsul təklif edilib ki, bu da ötən ilin uyğun dövründən real ifadədə 3,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 
 
Statistika Komitəsinin məlumatına görə pərakəndə ticarət şəbəkəsində o cümlədən 15036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, bu da keçən ilin ilk 6 ayından uyğun olaraq  1,9% və 5,2% çoxdur.
 
2024-cü ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6% ərzaq məhsullarının, 4,6% içkilər və tütün məmulatlarının, 12,9% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%avtomobil benzini və dizel yanacağının, 4,7% elektrik malları və mebellərin, 2,3% əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0% isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 
 
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,4 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 2,1 faiz arıb. 
 
2024-cü ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manatlıq, o cümlədən 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb. 
 
N.Təbrizli 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür