Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yaxın zamanda əhaliyə 24 saat işləyən növbətçi apteklərin siyahısını (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatların SMS vasitəsi ilə yayılması üzrə kampaniyaya start verəcək.
"ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu, Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən qüvvəyə minəcək yeni qiymətlərə dair SMS məlumatlandırma tədbirlərinin davamı olacaq.
Faydalı məlumatlar SMS ilə yanaşı, əhaliyə "www.pharma.az” və "www.medportal.az” saytlarında da təqdim ediləcək.
Qeyd edək ki, saytlarda 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısı təqdim edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !