2024-cü ilin yanvar-sentyabrında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42.7 milyard manatlıq, o cümlədən 23.5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19.2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,7 faiz artıb.
2024-cü ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !