Əhalinin banklara olan borcunun məbləği bəlli oldu

12:34 | 21.01.2015
Əhalinin banklara olan borcunun məbləği bəlli oldu

Əhalinin banklara olan borcunun məbləği bəlli oldu

Ölkə ərazisində vətəndaşlara verilən kreditin həcmi 18.2 milyard manata çatıb.

ANN.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19.1 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 18.2 milyard manata çatıb. Kreditlərin 79.5 faizi uzun müddətə verilib, 5.4 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10.4 faiz artaraq 7.1 milyard manata çatıb. Əmanətlərin 4.5 milyard manatını və ya 63.2 faizini milli valyuta, 2.6 milyard manatını isə xarici valyuta təşkil edib və vəsaitin 5.4 milyard manatı özəl banklara qoyulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür