2015-ci il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,5 milyard manat məbləğində kredit ayırıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Verilmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 faiz artıb, onun 78,8 faizi və ya 14,6 milyard manatı uzunmüddətli olub. Kreditlərin 976,3 milyon manatının, yaxud 5,3 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 12,4 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 7,2 milyard manata çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !