Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlanıb

15:03 | 14.08.2024
Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlanıb

Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlanıb

2024-cü ilin altı ayında əhalinin banklarda əmanəti 14180,7 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Hesabat dövründə əhalinin kreditləri 27003,3 milyon manat təşkil edib.
 
Kreditlərin 22683,5 milyon manatı uzunmüddətli olub. 
 
Beş ayda kreditlərin məbləği ümumi kredit portfelinin 1,7%-ni təşil edib. 
 
Cari ilin mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalaraq 462,2 milyon manat təşkil edib.
 
2024-cü ilin yanvar-iyun aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,84 manata, 100 Türk lirəsinə – 5,34 manata, 100 Rusiya rubluna – 1,88 manata bərabər olub.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti