2024-cü ilin yanvar-fevralında Azərbaycan əhalisinin nominal gəlirləri 11190,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Hesabat dövründə ölkə əhalisinin nominal gəlirləri hər nəfərə orta hesabla 1098,8 manat olub. Əhalinin sərəncamında qalan gəlirləri 9644,7 milyon manat təşkil edib.
2027-ci ildə Azərbaycan əhalisinin gəlirlərinin 106 milyard manata çatacağı proqnozlaşdırılır.
2023-cü ildə ölkədə adambaşına düşən nominal gəlir 13,1 % artaraq 5 717 manata çatıb.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !