Əhalinin gəlirləri açıqlandı – 46.7 milyard manat

14:28 | 20.11.2019
2019-cu ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 6,9 faiz artaraq 46,7 milyard manat təşkil edib.

Bu barədə Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2019- cu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 19 milyard 273 milyon 900 min manat vəsait daxil olub.

Büdcədən  isə 18 milyard 433 milyon 600 min manat vəsait xərclənib.
Büdcənin icrasında 840,3 milyon manatlıq profisit yaranıb.

www.anews.az
loading...