Əhaliyə ailə büdcəsini sistemli şəkildə idarə etməyə imkan yaradan yeni layihə

19:41 | 18.07.2021
Əhaliyə ailə büdcəsini sistemli şəkildə idarə etməyə imkan yaradan yeni layihə

Əhaliyə ailə büdcəsini sistemli şəkildə idarə etməyə imkan yaradan yeni layihə

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda Milli Mətbuatın yaradılmasının 146-cı ili ərəfəsində media nümayəndələrinin iştirakı ilə "Rəqəmsal dünyada medianın rolu” mövzusunda seminar təşkil edib.

Türkiyədən dəvət edilən tanınmış ekspert və jurnalist Rahim AK və yeni texnologiyaların mediada tətbiqi üzrə ekspert Fərid Pərdəşünasın iştirakı ilə baş tutan seminarda rəqəmsallaşan dünyada medianın rolu, koronavirus pandemiyası şəraitində informasiya ilə işləmək, ənənəvi və rəqəmsal medianın xüsusiyyətləri müzakirə edilib.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Şirkətlər Qrupunun nümayəndələri və Həsən bəy Zərdabi irsinin davamçısı, iqtisadçı alim Nüsrət Məlikov iştirak edib.

Qonaqları salamlayan Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov media nümayəndələrini qarşıdan gələn peşə bayramları münasibəti ilə təbrik edib. O, həmçinin Veysəloğlu Şirkətlər Qrupunun ölkə iqtisadiyyatının inkişafında, yeni iş yerlərinin açılmasında, yerli istehsalçıların və fermerlərin dəstəklənməsində rolu və gələcək planlar barədə məlumat verib.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupa aid pərakəndə satış şirkətlərinin 2019, 2020 və 2021-ci illərin ilk altı ayını əhatə edən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış qiymətləri indeksi media nümayəndələrinin diqqətinə çatdırılıb.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya ("Veysəloğlu” MMC), pərakəndə ("Araz” supermarketlər şəbəkəsi, "OBA” marketlər şəbəkəsi), istehsalat ("Ulduz” şokolad fabriki), logistika ("AVT” Logistics) kimi sahələrdə fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir. Şirkətlər Qrupu günlük olaraq 533 minə yaxın müştəriyə xidmət edir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM