Əhaliyə bayram sürprizi

13:45 | 03.10.2014
Əhaliyə bayram sürprizi

Əhaliyə bayram sürprizi

Bəzi şirkətlər əhalinin aztəminatlı hissəsini yaddan çıxarmaycaq

Azərbaycan əhalisi hər zaman Qurban bayramını geniş şəkildə qeyd edir. Həmin gün hər evdə bayram süfrəsi açılmalıdır. Allah-Təala buyurur: "…Qurbanlıq böyrü üstə düşən (canları çıxdığı) zaman ətindən özünüzdə yeyin, yanınızda olub utandığından əl açmayana, lakin verilənə etiraz etməyənə, dilənçiyə də yedizdirin. Onları, qurbanlıq heyvanları sizə belə ram etdik ki, bəlkə, nemətimizə şükür edəsiniz!"

Bayram ərəfəsində prezident İlham Əliyev Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı təbrikində deyib: "Xeyirxahlığın, bərabərliyin, fədakarlığın rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.

Bayram günlərində ölkədən müəssisələrin, şirkətlərin, təşkilatların əksəriyyəti qayğıya ehtiyacı olanlar üçün qurban payı və bayram sovqatı paylayır. Bunlar uşaq və əlil evləri, xəstəxanalar, məcburi köçkünlər və cəmiyyətin digər aztəminatlı təbəqələridir".

Əməkdaşımız bəzi müəssisələrdə Qurban bayramı ilə bağlı görüləcək işlərlə maraqlanıb. "Azərsu" ASC-nin İctimai təşkilatlarlar ilə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayılov bildirib ki, keçən illərdə olduğu kimi, bu ildə Qurban bayrımı günü Saatlı rayonunda müvəqqəti məskunlaşan 600-ə yaxın məcburi köçkün ailəsinə bayram sovqatı çatdırılacaq: "Biz belə yardımları bayram olmayan günlərdə də göstəririk"

"Azərsun Holding" şirkəti də Qurban bayramına ciddi hazırlaşır. Bayram sovqatlarına holdinqə məxsus müəssisələrin istehsal etdiyi ərzaqlar əlavə olunacaq. Ötən illərdə olduğu kimi, indi də məcburi köçkün ailələri xüsusi diqqətdə saxlanılacaq. Bundan əlavə, bayram sövqatları internatlara, uşaq və əlil evlərinə, digər ehtiyacı olan şəxslərə veriləcək.

Bu ənənəyə sadiq qalan şirkətlərdən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Qurban bayramı üçün xüsusi tədbirlər hazırlayıb. ASC-nin mətbuat şöbənin rəhbəri Afaq Quliyeva məlumat verdi ki, bayramda Saray qəsəbəsindəki 7 və Şağan qəsəbəsindəki 3 saylı əqli cəhətdən qüsurlu uşaqların yaşadığı Uşaq evlərinə və Qızılqum qəsəbəsində məskunlaşan Xocalı qaçqınlarına sovqatlar aparacağıq.

Ümumiyyətlə, Qurban bayramı günlərində ehtiyacı olanların heç biri diqqətdən kənar qalmayacaq.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM