• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Əhaliyə ŞAD XƏBƏR

Əhaliyə ŞAD XƏBƏR
10.06.2014 18:03
 Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən Azərbaycanın regionlarında yaşayan əhaliyə pulsuz tibbi yardım göstəriləcək. APA-nın xəbərinə görə, RDM-in baş həkimi Rauf Ağayev bildirib ki, Respublika Diaqnostika Mərkəzinin yaranmasının ilk günlərindən regionlarda fəaliyyət göstərən tibb müəssisələri ilə daim əməkdaşlıq edir və bunun nəticəsi olaraq dəfələrlə yerlərdə əhaliyə konsultativ və müalicə tibbi xidmət göstəriblər. O deyib ki, bu fəaliyyətin davamı olaraq regional tibb ocaqları ilə əməkdaşlıq çərçivəsində müəssisədə çalışan bir sıra yüksək ixtisaslı mütəxəssislər tibb işçilərinin günü ərəfəsində, yəni iyunun 14-də Şirvan şəhərində Müalicə Diaqnostika Mərkəzinə ezam olunaraq yerli əhaliyə konsultativ tibbi xidmət göstərəcəklər: “Şirvan və ətraf rayonlarda əhaliyə 7 tibb sahəsi üzrə xidmət göstəriləcək. Formalaşan tibbi briqadanın tərkibinə baş həkim olmaqla 7 mütəxəssis - ginekoloq, pediatr, otolarinqoloq, kardioloq, ürək-damar cərrahı, oftalmoloq, şüa-diaqnostikası üzrə həkimlər daxildir. Həmin gün həkimlər Şirvan şəhər və qonşu rayonlarda (Hacıqabul, Salyan, Sabirabad) yaşayan sakinlər qəbul ediləcək və onlara tibbi xidmət göstəriləcək. Mütəxəssislərin regionlara ezam olunması yalnız yerlərdə çalışan həkimlərlə əməkdaşlıq etmək, onlara metodik tövsiyələr vermək və vətəndaşlara lazımi yardım etmək məqsədi daşıyır”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol