Redaktor.az-ın məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına eksklüziv müsahibə verib.
Azərbaycanın istənilə qurumlarla, təşkilatlarla, beynəlxalq qurumlarla əməkdaşlığı hər şeydən əvvəl Azərbaycanın müstəqilliyinin ifadəsi və Azərbaycanın milli maraqlarının qorunması əsasında olacaqdır. Azərbaycan bu çərçivədə istənilən qurumlarla, o cümlədən AB ilə əməkdaşlıq edir. Bu proses başa çatdıqdan sonra, saziş imzalandıqdan sonra Azərbaycanın AB ilə əməkdaşlığı reallaşacaqdır və bundan irəli gələn vəzifələr ardıcıl sürətdə həyata keçiriləcəkdir.
2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd etdi ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq.
Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun "Amerikanın Səsi"nə verdiyi müsahibəyə də münasibət bildirdi.
Əli İnsanov vaxtılə Azərbaycan iqtidarında təmsil olunarkən, 10 ildən çox bugünkü Azərbaycan iqtidarında nazir vəzifəsində işləyərkən, həm Azərbaycan iqtidarını bəlağətli şəkildə tərifləyərdi, digər tərəfdən isə müxalifətə ən ağır sözlərlə təhqirlər yağdırardı. İndi zaman keçibdi, Əli insanovun sifəti 180 % dəyişibdi. O vaxtılə təmsil olunduğu və Azərbaycanın bugünündə çox böyük dəyişiklikləri yaratmış, Azərbaycan iqtidarını heç bir əsas olmadan, böhtan ataraq, şər ataraq, tənqid edir.
"Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevi dəstəkliyir. Çox kiçik sayda insanlar var ki, çoxlu sayda müxalif partiyaları dəstəkləyirlər. Bu çox azsayda insanlardı. Əli İnsanovu dəstəkləyən bir sosial baza qalmayıb. Əli İnsanov axı kimə arxalanır? Ona kim inanacaq? Kim bunun arxasınca gedəcək? Əli İnsanov dünənki müsahibəsində açıq şəkildə Qərbə reverans elədiyini gördünüz. O açıq şəkildə özünü qərbə xidmət etməyə hazır olduğunu bəyan elədi və erməni lobbisinin onu dəstəkləyəcəyinə ümid edərək ermənilərin də haqqında ermənilərin könlündən olan sözləri işlətdi"
Bundan əlavə Əli Əhmədov bildirdi ki, Əli İnsanovun ətrafına vaxtılə müxalifəti təhqir edən biri kimi müxalif düşüncəli insanların toplaşacağı da heç bir halda inandırıcı görünmür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !