Əhəd Abıyevin vəziyyəti pisləşdi

17:03 | 11.08.2017
Əhəd Abıyevin vəziyyəti pisləşdi

Əhəd Abıyevin vəziyyəti pisləşdi

Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

Anews.az yenicag.az-a istinadən xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da pisləşib.

Qeyd edək ki, Ə.Abıyev 3 dönəm millət vəkili olub.

Allah şəfa versin!
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM