Əhməd Cavadın ev muzeyi niyə yaradılmır? - RƏSMİ

09:34 | 27.01.2022
Əhməd Cavadın ev muzeyi niyə yaradılmır? - RƏSMİ

Əhməd Cavadın ev muzeyi niyə yaradılmır? - RƏSMİ

Əhməd Cavadin 130 illik yubileyinin qeyd olunması ilə bağlı təkliflər toplanır, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əhməd Cavadın nəticəsi babasının ev muzeyinin yaradılması üçün təkliflə nazirliyə müraciət edib.

 "Məsələ ilə bağlı şairin ailəsi ilə əlaqə saxlanılıb. Onun vaxtilə yaşadığı evlərin heç birinin üzərində ailə üzvlərinin mülkiyyət hüququnun olmadığı müəyyən olunub. Əhməd Cavadın 130 illik yubileyi ilə bağlı təkliflər toplanır. Tam yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək", - deyə qeyd edilib. 

Əhməd Cavad 1892-ci il mayın 5-i Şəmkir rayonu, Aşağı Seyfəli kədnində anadan olub. O, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifidir.

Şairin nəticəsi Cavad Axunzadə Bakının İstiqlaliyyət küçəsində babasının ev muzeyinin yaradılması təklif edib.(report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb