Əhməd Davudoğlu 1915-ci il hadisələrində ölən ermənilərlə başsağlığı verdi

11:10 | 21.04.2015
Əhməd Davudoğlu 1915-ci il hadisələrində ölən ermənilərlə başsağlığı verdi

Əhməd Davudoğlu 1915-ci il hadisələrində ölən ermənilərlə başsağlığı verdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu 1915-ci il hadisələrində ölən ermənilərlə bağlı bəyanat yayıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, baş nazir yazılı açıqlamasında Osmanlı İmperiyasının son illərində əsrlər boyu qardaşlıq və sülh içində yaşamış fərqli dini və etnik mənsubiyyətli vətəndaşların əzablar çəkdiyini qeyd edib.

O, həmin hadisələrdə həyatını itirən ermənilərin nəvələrinin acısını bölüşdüyünü və başsağlığı verdiyini qeyd edib.

"Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni irsinə sahib çıxmaq Türkiyə üçün tarixi və bəşəri vəzifədir”.

Ə.Davudoğlu vurğulayıb ki, bir əsr əvvəl türk və müsəlman Osmanlı vətəndaşlarının məruz qaldığı sürgün və qətliamların dərin izləri bu gün də yaddaşlardadır: "Bu həqiqəti görməzdən gəlmək, əzablar arasında ayrı-seçkilik etmək tarixi baxımdan yalnış olduğu qədər də qəbuledilməzdir. Geridə qoyduğumuz illər də göstərib ki, yaddaşlar arasında qarşıdurma yaratmaq nəticə vermir. Buna görə də, bütün Osmanlı vətəndaşlarının yaddaşına və vicdanına hörmətlə yanaşılması, səslərinin eşidilməsi gərəkdir. Türkiyə bütün fikirlərin azad şəkildə dilə gətirildiyi və müzakirənin aparıldığı bir şərait yaradaraq, ortaq gələcəyi inşa etmək yolunda pozitiv addımlar atır".

Baş nazirin sözlərinə görə, Türkiyə hökuməti "erməni soyqırımı" iddialarına və 1915-ci il hadisələrinə birlikdə aydınlıq gətirə bilər. Lakin o, bütün üçüncü tərəfləri "tarixi yaraları deşmək"dən çəkinməyə çağırıb."


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti