Türkiyə tanımırdı, ABŞ-da isə məşhur idiTürkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun AKP rəhbərliyinə və Baş nazir postuna namizədliyinin irəli sürülməsi Türkiyə ilə yanaşı dünya mətbuatının da diqqətini çəkib. Bu arada mətbuat Ə.Davudoğlunun tərcümeyi-halı, keçmiş fəaliyyəti, siyasi mübarizə yoluna nəzər salır. "Haber7" saytı 20 il öncə, 26 iyul 1994-cü ildə "Kanal7" televiziyasında çıxış edən Ə.Davudoğlu video görüntülərini yayıb. "360 dərəcə" verilişində qonaq olan Əhməd Davudoğlu 35 yaşındadır və hələ professor deyil, Türkiyədə də az tanınır. Amerikada isə məşhurdur. 1994-cü ilə onun "Alternativ Paradiqma", "Mədəniyyətin Formalaşması və Müsəlman Dünyası"" kitabları ABŞ-ın bir çox universitetlərində dərs vəsaiti kimi istifadə olunur. (istiqamet.com)ANN.Az