"Report" Türkiyənin "NTV" televiziyasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu deyib.
Baş nazir bildirib ki, hazırda istintaq getdiyindən detalları açıqlamaq istəmir: "Terroru törədənlərdən birinin "DHKP-C"-nin ("İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi") Kandildə təlimatlandırdığı terroorçularından oldğunu bilirik.
Texniki araşdırmalar aparılıb. Bomba yoxdur. İlkin olaraq, İŞİD-lə bağlı məsələni araşdırırıq. Hüquqla davranmaq lazımdır. "DHKP-C" və PKK-nı da təqib edirik. Bu üç qruplaşma bizim üçün suçlu olaraq, görülür".
Onun sözlərinə görə, 3-4 gün öncə İstanbulda intiharçı-terrorçu partlayış törətməyə hazırlaşdığı zaman tutulub: "Ötən gecə Ankarada daha bir intiharçı-terrorçunun tutulduğunu da heç kim bilmir. Ankarada aksiya keçirlən gün "KCK" ("Kürd İcmaları Birliyi") aksiyaya qatılmayacağını bildirib. Bu, təsadüfüdürmü? Bunlara diqqət edilməlidir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !