Əhməd Davudoğlu Ermənistana səfər edəcək

09:07 | 06.12.2013
Əhməd Davudoğlu Ermənistana səfər edəcək

Əhməd Davudoğlu Ermənistana səfər edəcək

Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QTİƏT) sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əhməd Davudoğlu Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutmuş mətbuat konfransında bəyan edib.       Davudoğlunun sözlərinə görə, o QTİƏT sammitinə qatılmaq qərarını baş nazir Rəcəb Tayyib Ərdoğanla məsləhətləşdikdən sonra verib.   Xatırladaq ki, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Qeyd edək ki, Türkiyə və Azərbaycan XİN rəhbərləri Əhməd Davudoğlu və Elmar Məmmədyarov QTİƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin İrəvanda keçiriləcək görüşünə dəvət olunublar.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti