Əhməd Davudoğlu kürdcə danışdı - VİDEO

20:31 | 26.01.2015
Əhməd Davudoğlu kürdcə danışdı - VİDEO

Əhməd Davudoğlu kürdcə danışdı - VİDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən Diyarbəkirə səfər edib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin Diyarbəkir vilayət qurultayında çıxış edən Davudoğlu iştirakçıları kürdcə salamlayıb.

Baş nazir kürd dilində "Hebunave hebunamaye" ("Varlığınız varlığımızdır") ifadəsini işlədib.

Ə.Davudoğlu deyib ki, imkanı olsa, kürd dilini öyrənəcək: "On illər boyunca kürdcə danışdıqları üçün cəza alanlar oldu. Kürdcə danışmaq qadağan edildi. AKP olmasaydı, belə bir salonda baş nazirə "Denge bıratiye serokwezir" ("Qardaşlığın səsi baş nazir") deyə, yazılardımı?".

Yeri gəlmişkən, Diyarbəkirdə Davudoğlunu seçki kampaniyası zamanı yazılmış musiqini kürdcə oxuyaraq qarşılayıblar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM