"PKK-nın soyuq müharibə vaxtı kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq”.
APA-nın Türkiyənin "Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Baş nazirin sözlərinə görə, Türkiyə bir daha 90-cı illərə qayıtmayacaq.
Ə. Davudoğlu Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa da ismarıclar göndərib: "Siyasətlə məşğul olanlar öz mövqelərini müəyyənləşdirmək məcburiyyətindədir. Bu hücumlar hamımıza qarşı edilib. Ancaq siz arxanızı o hücumları təşkil edənlərə söykəyəcəksinizsə, biz də söykəndiyiniz divarları, dağları yerlə-yeksan edəcəyik. Artıq HDP seçimini etməlidir”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !