Əhməd Davudoğludan şok açıqlama

14:30 | 07.06.2015
Əhməd Davudoğludan şok açıqlama

Əhməd Davudoğludan şok açıqlama

Türkiyənin baş naziri Əhməd Davudoğlu Konyada səs verən zaman açıqlama verib.

ANS PRESS-in məlumatına görə, o, insanlara səs vermələri üçün müraciət edib. "Hər kəsin öz iradəsilə səsvermə hüququndan istifadə etməsi vətəndaşlıq borcudur. İradəsi nə olursa olsun, millətimizin qərarı başımız üzərindədir", - deyən Davudoğlu dünən Diyarbəkirdə baş verən partlayışla bağlı açıqlama verib.

"Bu hücum bütün partiyalara qarşı edilib. Bu, seçkiyə qarşı törədilmiş hücumdur. Seçkiyə qarşı edilən hücum isə demokratiyaya qarşıdır. Bu çirkli əli ifşa edəcəyik. Dünən gecə bu hadisə ilə bağlı bir şübhəli saxlanılıb. Biz bu işin kökünə qədər gedəcəyik və onun bütün əlaqələrini ortaya çıxaracağıq", - deyə baş nazir bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti