“Əhməd Məsud Əfqanıstandadır”

09:11 | 12.09.2021
“Əhməd Məsud Əfqanıstandadır”

“Əhməd Məsud Əfqanıstandadır”

"Son günlər "Taliban” Pəncşirə girib. Vilayətin 70 faizi onların nəzarətindədir”.

"Qafqazinfo” xəbər verir ki, bunu "Farsnews”a Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsuda yaxın olan Qasem Məhəmmədi deyib.

"Bu, xaricdən sponsorluq edilən bir müharibədir. "Taliban”a maliyyə dəstəyi verirlər. Ümid edirik ki, bölgə və dünya ölkələri bunu anlayacaq”, - o qeyd edib.

Q.Məhəmmədi Ə.Məsudun Əfqanıstanı tərk etməsi ilə bağlı xəbərlərə də münasibət bildirib:

"O, təhlükəsiz bir yerdədir. Əfqanıstanı tərk edərək, Türkiyəyə və ya başqa bir ölkəyə getməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Əhməd Məsud Pəncşir vadisi ilə əlaqə saxlayır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM