Əhməd Obalının son durumu açıqlandı

17:02 | 23.05.2023
Əhməd Obalının son durumu açıqlandı

Əhməd Obalının son durumu açıqlandı

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Əhməd Obalı bir neçə gün əvvəl baş-boyun nahiyəsindən əməliyyat olunub. Bu barədə Günaz.tv televiziyasının Bakı ofisinin icraçı direktoru Araz Obalı bildirib.
 
O bildirib ki, Əhməd Obalının sağlamlıq durumu getdikcə yaxşılaşır. Hazırda oğlu Dəniz hospitalın reanimasiya şöbəsindədir.

"Dənizin səhhəti ilə bağlı heç bir informasiyamız yoxdur. Onu ziyarət etmək üçün heç kimi buraxmırlar. Hətta anası belə övladı barədə düzgün informasiya ala bilmir”, - o vurğulayıb.

Araz Obalı bildirib ki, Əhməd Obalıya hücum edənlərin 6 nəfər olması və onların saxlanılması ilə bağlı yayılan məlumatlar yanlışdır.

"Hələ hücum edən şəxslər saxlanılmayıb. Hər şey polisin tədqiqatı başa çatdıqdan sonra məlum olacaq,” o bildirib.
 
Əhməd Obalı və oğlu Dəniz mayın 17-də Kaliforniya ştatının Santa Klara şəhərində oteldə bir qrup insanın hücumuna məruz qalıb.

Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri zərbə alıb.

Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM