Əhməd Obalı və oğlu ABŞ-da döyüldü - VİDEO - Yenilənib

20:45 | 21.05.2023
Əhməd Obalı və oğlu ABŞ-da döyüldü - VİDEO - Yenilənib

Əhməd Obalı və oğlu ABŞ-da döyüldü - VİDEO - Yenilənib

Günaz.TV-nin Bakı ofsinin rəhbəri Araz Obalı faktı təsdiq edib.

"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.
Hal-hazırda durumu orta ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik",- Əhməd Obalının qardaşı vurğulayıb.

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir. 

"Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil”- Araz Obalı bildirib.
 
 
18:45
Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb.Bu barədə Musavat saytı xəbər verib.
 
Əhməd Obalıya yaxın mənbələrdən Musavat.com-a verilən məlumata görə, hazırda Əhməd Obalının vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
 
Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM