ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. Məlumatda deyilir ki, Tehran Cəza Məhkəməsi öncə Rahimi haqqında 15 il həbs cəzası kəsib və 2 milyard 850 milyon İran tüməni (təxminən 826 min dollar) geri qaytarılması, ayrıca 1 milyard İran tüməni (təxminən 290 min dollar) cərimə ödənilməsi haqqında qərar çıxarıb.
Rahimi haqqında çıxarılan qərardan apellyasiya şikayəti verilib və ikinci instansiya məhkəmənin qərar ilə 15 il həbs cəzası 5 ilə endirilib, amma pul cəzaları olduğu kimi saxlanılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !