Əhmədinejat Türkiyədə

14:46 | 12.01.2015
Əhmədinejat Türkiyədə

Əhmədinejat Türkiyədə

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın vəfatının 4-cü ildönümü münasibətilə Bursada təşkil olunan tədbirə İranın sabiq prezidenti Əhmədinejat da qatılacaq.

ANN.Az xəbər verir ki, Mahmud Əhmədinejatı tədbiri təşkil edən Ərbakan Vəqfi dəvət edib. Vəqfin Bursa şöbəsinin rəhbəri Naim Öztürk bildirib ki, qurum 1.5 il əvvəl bundan əvvəl yaradılıb: "Qərara gəlinib ki, hər il cənab Ərbakanın vəfatının ildönümündə keçmiş dövlət başçılarından biri Türkiyəyə dəvət edilsin və onunla görüş təşkil olunsun. 2013-cü ildə İndoneziyanın keçmiş prezidenti Yusif Həbibi, 2014-cü ildə Şimalı Kiprin sabiq prezidenti Derviş Eroğlu dəvət edilmişdi. Bu il isə İranın sabiq prezidenti Mahmud Əhmədinejat dəvət edilib və o da bizim dəvətimizi böüyk məmnuniyyətlə qəbul edib".

Tədbirin bu ilin fevral ayında keçirilməsi nəzərdə tutulur və Mahmud Əhmədinejat fevralın 27-də Türkiyədə olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM