Ehtiyac yaranarsa, rus bölməsində sinif sayı artırıla bilər - Eşqi Bağırov

13:25 | 15.05.2024
Ehtiyac yaranarsa, rus bölməsində sinif sayı artırıla bilər - Eşqi Bağırov

Ehtiyac yaranarsa, rus bölməsində sinif sayı artırıla bilər - Eşqi Bağırov

Yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac varsa, müvafiq müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə sinif sayı artırıla bilər. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov deyib. 
 
"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var.  Bu gün ölkədəki təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var: "Müraciət edənlərin sayı isə 10 minə çatıb. Bu gün üçün ortalama tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac varsa, müvafiq müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə sinif sayı artırıla bilər”, - Bağırov jurnalistlərə açıqlamasında deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM