• $ 1.7
  • € 1.9717
  • ₽ 0.021924
  • ₺ 0.04
  • £ 2.2485

Ekipaj üzvləri Prezidentin sərəncamı ilə təltif olunacaq

Ekipaj üzvləri Prezidentin sərəncamı ilə təltif olunacaq
29.12.2024 15:48
Prezident İlham Əliyev qəzada həlak olan ekipaj üzvlərinin təltif olunması ilə bağlı sərəncam imzalayacaq. Bunu dövlət kanalına müsahibəsində İlham Əliyev deyib. 
 
"Mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm.  Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstəriblər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstəriblər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vurulub. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi”, - Əliyev bildirib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızını xilas etmək istəyən ata çayda boğulub
Cəmiyyət 09:38
Qızını xilas etmək istəyən ata çayda boğulub
Noyabrda sərhəddi qanunsuz keçmək istəyənlərin sayı açıqlanıb
Cəmiyyət 09:30
Noyabrda sərhəddi qanunsuz keçmək istəyənlərin sayı açıqlanıb
Bakıda maşın yanıb
Cəmiyyət 09:01
Bakıda maşın yanıb
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 08:57
Bu ərazidə işıq olmayacaq
Xəzər sahilində yenidən ölü suitilər aşkar edilib
Cəmiyyət 23:27
Xəzər sahilində yenidən ölü suitilər aşkar edilib
Cəlilabadda açıq ərazidə yanğın baş verib
Cəmiyyət 20:30
Cəlilabadda açıq ərazidə yanğın baş verib
Bakıda tıxac olan yollar - Siyahı
Cəmiyyət 18:23
Bakıda tıxac olan yollar - Siyahı

“Meydan" TV işi üzrə məhkəmə başlayır
Cəmiyyət 17:50
“Meydan" TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib
Cəmiyyət 17:19
Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol