Avstraliya sakinləri olan bu əkizlər eyni oğlanı sevir. 28 yaşlı əkiz bacılar Anna və Lüsi DeSinqlər bir-birlərinə tam bənzəmək üçün hər yola əl atırlar. ANS PRESS-in məlumatına görə, onlar tam bənzərliyə nail olmaq üçün plastik cərrahiyyə əməliyyatlarına indiyədək 200 min dollar xərcləyiblər.Əvvəlcə sinələrində, sonra dodaq və qaşlarında əməliyyatlar apartdıran bacılar bənzər paltarlar geyinir, hər şeyi bölüşməyə çalışırlar.Lüsinin dediklərinə görə, onların Facebook-dakı profilləri, işləri, hətta sevdikləri oğlanlar da "paylaşılır"."Sevgilimi Anna ilə paylaşmaqda qəbahət olacaq heç nə görmürəm. Bacımla mənim ümumi sevgilimiz var. Yatanda da üçümüz bir yatırıq. Normal haldır və əsla utanmırıq. Üçümüzün bir yatmağımız hamımıza ləzzət verir", - Lüsi DeSinq deyib.Bir-birlərindən 1 dəqiqə fərqlə doğulmuş Anna və Lüsi Petrada 71 yaşlı anaları ilə birlikdə yaşayırlar.Lüsi isə söyləyib: "Bacımdan ayrı yaşamağı ağlıma da gətirmirəm. Yəqin, bir oğlana ərə gedəcəyik".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !