Ekologiya Nazirliyindən 350 min manatlıq cərimə

13:13 | 06.12.2013
Ekologiya Nazirliyindən 350 min manatlıq cərimə

Ekologiya Nazirliyindən 350 min manatlıq cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti noyabrın 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını araşdırıb.

 

Nazirlik bildirir ki, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 164 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün 47 müddətli məcburi göstəriş verilib.

 

Ümumilikdə 51 iş üzrə 351500 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 30401.68 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 145 iş üzrə 17830.46 manat məbləğində ödəmə tətbiq edilib.

 

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına 34, məhkəmələrə isə 2 iş göndərilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM