Ekoloji qanunvericiliyin tələblərini pozanlar cəzalandırılıb

12:45 | 10.04.2017
Ekoloji qanunvericiliyin tələblərini pozanlar cəzalandırılıb

Ekoloji qanunvericiliyin tələblərini pozanlar cəzalandırılıb

16-31 mart tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 124 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 müddətli "məcburi göstəriş” verilib.
 
Ümumilikdə, 46 iş üzrə 66550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 23626,4manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 314 iş üzrə 110368,56 manat məbləğində ödəmə tətbiq edilib.

 Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 30, icra qurumlarına  18,  məhkəmələrə  isə 1 iş göndərilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM