Ekoloqdan Bakı merinə İTTİHAM

10:31 | 04.10.2017
Ekoloqdan Bakı merinə İTTİHAM

Ekoloqdan Bakı merinə İTTİHAM

Paytaxtda addımbaşı dekorativ ağaclar göz oxşayır. Amma bBu cür ağaclara üstünlük verilməsinə müsbət baxmayan ekoloqlar belə bir tendensiyanın gərəkli olmadığı qənaətindədirlər. Çünki hər bir ağacın ölkənin iqliminə uyğunluq dərəcəsi nəzərə alınmalıdır. 
 
 
Çoxlarına məlumdur ki, bu cür ağacların kölgəsi olmur. Həm də dekorativ ağacların ölçüsü çox kiçik olur ki, bu da yaşıllıq effektinin zəif olduğunu ortaya qoyur.

Ümumiyyətlə, Bakıda dekorativ ağaclara ehtiyac varmı?
 
Ekoloq Telman Zeynalov Modern.az-a deyib ki, dekorativ ağaclar birbaşa parklarda, yol kənarlarında əkilməməlidir.
 
"Uyğunlaşma dövrü keçməlidir”


"Dekorativ ağaclar birdən-birə parklarda, yol kənarlarında əkilməməlidir. Bunun üçün öncə Botanika bağında bəslənməlidir. Ən azı 5 il uyğunlaşma dövrü keçməlidir. Çünki xaricdən gətirilən bitkilərin bizim iqlimə uyğunlaşması üçün bu vacib elementdir. Həmin müddəti keçmək lazımdır. Çünki gətirilən dekorativ bitkilərin yarpaqları arasında cürbəcür quşların yumurtaları olur”.
 
Xəstəlik mənbəyi olan ağaclar

 
Ekoloqun sözlərinə görə, bu cür ağaclar birbaşa xəstəlik daşıyıcılarıdır.
 
"Xaricdən gətirilən bitkilər heç də bizim xeyrimizə deyil. Sadəcə, bəzi qurumların niyyəti pul qazanmaqdır ki, bu yola əl atırlar. Əgər Bakının estetik zövqünü inkişaf etdirmək niyyətindəsənsə, öncə həmin bitkilərin bizim təbiətdə uyğunlaşma dövrü keçməsinə şərait yarat, sonra get, həmin bitkiləri təbiətdə ək. Birbaşa parklara, yol kənarlarına əkilən dekorativ bitkilər xəstəlik mənbəyidir. Onların birbaşa yol kənarına əkilməsi insan orqanizmi üçün də təhlükəlidir. Dediyim kimi, yarpaqlarında həşəratlar yuva salır”.
 
"Bu yolla ciblərini doldururlar”


Telman Zeynalov deyir ki, dekorativ ağaclar ölkəyə gətirilərkən qəpik hesabına başa gəlmir:

"Dekorativ bitkilərin ölkəyə gətirilməsi od qiymətinə başa gəlir. Əslində, bitkilərin xaricdən baha qiymətə gətirilməsi bəzi qurumlara sərf edir. Bu yolla ciblərini doldura bilirlər. Sonra da həmin dekorativ ağaclar tələf olanda deyirlər ki, bizim təbiətə uyğun olmadığına görə məhv oldu. Hər şey qanunla idarə olunmalıdır. Xaricdən alıb gətirməklə həmin bitkini iqlimə uyğunlaşdırmaq lazımdır. Bir haşiyə çıxım. 12 il bundan qabaq Bakının meri cənab Hacıbala Abutalıbov paytaxtımıza Avstraliyadan evkalipt ağacları gətizdirmişdi. Şəhidlər Xiyabanına gedən yolda evkalipt ağacları əkilmişdi. Bir az şaxta düşən kimi həmin ağaclar məhv oldu. Birincisi, evkalipt ağacları bataqlıq ağaclarıdır. Bizim ərazi isə bataqlıq deyil. Ona görə də xaricdən gətirilən istənilən ağacı təbiətə uyğunlaşdırıb sonra əkmək lazımdır. Həm də mütəxəssis rəyi nəzərə alınmalıdır ki, amma bizdə buna baxılmır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti