• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Əhalini panikaya sürükləyən kimdir? - Ekspert

Əhalini panikaya sürükləyən kimdir? - Ekspert
21.12.2015 15:47
Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdiyini bəyan edir və dərhal manatın dollara nəzərən kursunu 1.05-dən 1.55-ə yüksəldir. Amma heç bir izahat yoxdur ki, niyə 1.15 yaxud 1.35 yox, məhz 1.55. Bu məzənnə hardan ortaya çıxdı? Kim hesabladı? Kim qərar verdi? - bu haqda məlumatı iqtisadçı ekspert Azər Mehdiyev öz facebook səhifəsində yazıb.

İqtisadçının sözlərinə görə, neftin qiyməti aşağı düşdükcə və ölkənin neft gəlirləri azaldıqca, müstəqil ekspertlər manatın devalvasiyasının qaçılmaz olduğunu söyləyəndə hökumət onları "əhali arasında panika yaymaqda" suçlayırdı: "Hətta fevral dvalvasiyasından sonra da manatın məzənnəsinin 1.05 səviyyəsində saxlanılmasının başa düşülən olmadığını dəfələrlə bildirmişik. Mərkəzi Bank və hökumət isə israrla bildirirdi ki, hər şey nəzarət altındadır, heç bir devalvasiya olmayacaq. Hökumətin bu qədər israrları nəticəsində, habelə fevralda atılmış addımdan ölkə iqtisadiyyatının, xüsusilə bank sektorunun hələ özünə gələ bilmədiyini nəzərə alıb hökumətin qısa bir müddətdə ikinci bir ağır addım ataçağından, yəni kəskin devalvasiyaya gedəcəyindən çəkinəcəyini düşünürdük. Bu addımın ən tezi yanvarda olacağı gözlənilən idi. Amma bu qərar bir daha göstərdi ki, hökumət komandasının fəaliyyəti proqnoza gəlmir."

Azər Mehdiyev ABŞ-la Azərbaycan siyasəti arasında fərqliliklərin olduğunu qeyd edib: "ABŞ-da FES uçot drəcəsini qaldırmağa hazırlaşdığını tam 1 il əvvəldən bəyan edir, araşdırmalar və müzakirələr aparır və cəmiyyəti buna hazırlayır. Uçot dərəcəsinin qaldırılması isə tədricən, addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir. Heç bir panikaya imkan verilmir. Buna cəmiyyəti idarə etmək deyirlər. Ölkəmizdə isə tamamilə fərqli yanaşma hökm sürür: siyasət qapalı aparılır, cəmiyyət aldadılır, ən yüksək səviyyədə hər şeyin nəzarət altında olduğu, heç bir problemlərin olmadığı bəyan edilir, əhali iqtisadi savadsızlıqda və yersiz panikaya düşməkdə ittiham olunur, sonra isə birdən kəskin addımlar atılır."

Ekspert sonda Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsinin heç bir izahı olmadığı bildirdi: "Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdiyini bəyan edir və dərhal manatın dollara nəzərən kursunu 1.05-dən 1.55-ə yüksəldir. Amma heç bir izahat yoxdur ki, niyə 1.15 yaxud 1.35 yox, məhz 1.55. Bu məzənnə hardan ortaya çıxdı? Kim hesabladı? Kim qərar verdi? Demirsiniz ki, "üzən məzənnəyə keçirik", onda manatın "cilov"unu buraxın, manat özü tədricən kursunu tapsın. Əgər kursu özünüz istədiyiniz kimi müəyyənləşdirirsinizsə, bunu niyə "üzən kurs" adlandırırsınız ki? Budurmu "analoqsuz inkişaf" və "güclü iqtisadiyyat"? Qərb ölkələri belə inkişafamı paxıllıq edir?"
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol