• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Tərtərçay üzərində körpü əsaslı şəkildə bərpa edilir – FOTO + VİDEO

Tərtərçay üzərində körpü əsaslı şəkildə bərpa edilir – FOTO + VİDEO
03.03.2016 18:44
Bərdə rayonu Əyricə və Yeni Əyricə kəndlərinə gedən avtomobil yolunda, Tərtərçay üzərində yerləşən avtomobil körpüsü "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə bərpa edilir.       

Oxu.Az-ın xəbərinə görə, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib.

Körpünün uzunluğu 35 metr, eni isə 4 metrdir. Körpü istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətdə idi. Artıq körpünün bərpası istiqamətində bir müddətdir ki, işlərə başlanılıb.

Əsaslı şəkildə aparılan bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib. Hazırda körpünün dəmir konstruksiyasının qurulması işləri aparılır. Sözügedən işlər çərçivəsində körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilir. Körpünün kənarlarına dəmir mühəccərlər quraşdırılır. Bununla yanaşı körpüyə gələn yanaşma yollarının asfaltlanması və yamacların betonlanması işləri də görülür.           

Körpünün dəmir konstruksiyası tam hazır olduqdan sonra hərəkət hissəsinin 15 sm qalınlığında betonlanması və 5 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Körpünün kənarı ilə vətəndaşların da rahat və təhlükəsiz gediş-gəlişi üçün piyada səkisi tikiləcək.             

Tərtərçay üzərində yerləşən dəmir körpünün əsaslı şəkildə bərpası işləri "Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. 
 

 
 
 
 
 
 





 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur - Fotolar+Video
İqtisadiyyat 07:40
Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur - Fotolar+Video
Bu yolda yenidənqurma işləri yekunlaşır – FOTOLAR + VİDEO
İqtisadiyyat 18:16
Bu yolda yenidənqurma işləri yekunlaşır – FOTOLAR + VİDEO
Tərtərçay üzərində körpü əsaslı şəkildə bərpa edilir – FOTO + VİDEO
İqtisadiyyat 18:44
Tərtərçay üzərində körpü əsaslı şəkildə bərpa edilir – FOTO + VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol