• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycanda bu tariflər artırıldı

Azərbaycanda bu tariflər artırıldı
13.05.2016 19:39
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

İclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
 
"Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
 
Tarif (qiymət) Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib.
 
İclasda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilib.
 
Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ləğv olunan dörd bankda qorunan əmanətlərin həcmi açıqlandı
İqtisadiyyat 01:02
Ləğv olunan dörd bankda qorunan əmanətlərin həcmi açıqlandı
Azərbaycan 37-ci oldu - Dünya reytinqi
İqtisadiyyat 09:20
Azərbaycan 37-ci oldu - Dünya reytinqi
SOCAR: Benzinin qiyməti sabit qalacaq
İqtisadiyyat 15:12
SOCAR: Benzinin qiyməti sabit qalacaq
Pensiyaların verilmə tarixi AÇIQLANDI
İqtisadiyyat 11:44
Pensiyaların verilmə tarixi AÇIQLANDI
Prezident 12 milyon manat ayırdı
İqtisadiyyat 19:03
Prezident 12 milyon manat ayırdı
Hansı növ kreditlərin hansı şərtlərlə veriləcəyi açıqlandı
İqtisadiyyat 19:55
Hansı növ kreditlərin hansı şərtlərlə veriləcəyi açıqlandı
2015-ci il büdcəsinin gəlirlərində 10%-lik kəsr yaranıb
İqtisadiyyat 18:26
2015-ci il büdcəsinin gəlirlərində 10%-lik kəsr yaranıb
Azərbaycanda bu tariflər artırıldı
İqtisadiyyat 19:39
Azərbaycanda bu tariflər artırıldı
SOCAR nümayəndəsi:
İqtisadiyyat 15:47
SOCAR nümayəndəsi: "Aktiv işlərə, layihələrə pulların xərclənməsi hələlik dayandırılıb"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol