• $ 1.7
  • € 1.9744
  • ₽ 0.021116
  • ₺ 0.0414
  • £ 2.2862

Azərbaycan yeni snayper tüfəngləri hazırlayacaq

Azərbaycan yeni snayper tüfəngləri hazırlayacaq
28.05.2020 22:33
Müdafiə Sənayesi Nazirliyinin (MSN) konstruktor büroları yeni növ snayper tüfənglərinin hazırlanması üzərində iş aparır.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin "ADEX 2016” beynəlxalq müdafiə sərgisindəki stendindən verilən məlumata görə, nazirlik sərgidə 2 növ yeni snayper tüfəngini nümayiş etdirir.

Nümayiş olunan iri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1 m 900 sm, qundaq yığılanda isə uzunluğu 1 m 600 sm-dir. Tək atışlı sistemə malikdir, darağı 5 güllə tutur. Snayper tüfənginin alov boğanı var ki, atəş zamanı geri təpməni 50% azaldır. Optik nişangahı yerli məhsuldur. NST snayper tüfəngi sıfırdan MSN-in müəssisəsində hazırlanıb.

Sərgidə nümayiş olunan 2-ci yeni snayper tüfəngi "Vaşaq”dır. "Vaşaq” snayper tüfənginin atış məsafəsi 1500 m-dir.

Stenddən onu da bildiriblər ki, MSN növbəti sərgiyə daha çox çeşidlə - yeni növ snayper tüfəngləri və yaradılmış snayper tüfənglərinin təkmilləşdirilmiş versiyaları ilə qatılacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol