• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Heydər Əliyev Beynəlxalq Hava Limanından rekord göstərici

Heydər Əliyev Beynəlxalq Hava Limanından rekord göstərici
06.01.2017 16:59
 Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Qurumun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşüb. 2016-ci ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik etmişdir - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komiaviatrans aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti Skytrax tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2026-cı ildə qlobal neft bazarında rekord təklif profisiti gözlənilir adır
İqtisadiyyat 17:22
2026-cı ildə qlobal neft bazarında rekord təklif profisiti gözlənilir adır
Qazaxıstanın Azərbaycana taxıl ixracı 121 dəfə artıb
İqtisadiyyat 17:16
Qazaxıstanın Azərbaycana taxıl ixracı 121 dəfə artıb
Türkiyədən Azərbaycana ixrac artıb
İqtisadiyyat 15:58
Türkiyədən Azərbaycana ixrac artıb
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
İqtisadiyyat 15:17
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
Azerbaijan central bank keeps dollar rate unchanged
İqtisadiyyat 12:00
Azerbaijan central bank keeps dollar rate unchanged
Azərbaycanda istehlak xərcləri artıb
İqtisadiyyat 11:34
Azərbaycanda istehlak xərcləri artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
İqtisadiyyat 11:33
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:49
Qızılın qiyməti bahalaşıb
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
İqtisadiyyat 10:30
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol