• $ 1.7
  • € 1.9774
  • ₽ 0.021061
  • ₺ 0.0414
  • £ 2.2874

Azərbaycanda 18 şirkətin əmlakı qiymətləndiriləcək

Azərbaycanda 18 şirkətin əmlakı qiymətləndiriləcək
04.01.2018 18:19
"Azərbaycan Sənaye Korporasiyası” ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədi ilə tender elan edib.

Şirkətdən "APA-Economics”ə verilən məlumata görə, tender 5  lot üzrə keçirilir.

Tenderə əsasən, "Aqroinvestkom” MMC, "İnter Tobakko” MMC, "Şəki-İpək” ASC, "Şəki Aqro İndastriz” MMC, "Kainat” ASC, "Pərvanə” MMC, BOT MMC, "İnter Textile” ASC, "Mingəçevir İzolit” ASC, "Şəki Kərpic” MMC, "Azəralüminium” ASC, "Bakı Glass” MMC, "Ceneral Konstrakşn” MMC, "Steel Structures” MMC, "İnter Peşəkar İdman Klubu” MMC, "CTS Agro” MMC, "Det-Al Alüminium” MMC və "Det-Al Metal DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinin əmlakları qiymətləndiriləcək.

Tenderdə hər bir lot üzrə iştirak haqqı 300  manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə maliyyə və şirkətlərin əmlakının qiymətləndirilməsi sahəsində təcrübəyə malik hüquqi şəxslər iştirak edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçılar müvafiq sənədləri yazılı surətdə təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 fevral 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 26 fevral 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 27 fevral 2018-ci il saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C nömrəli ünvanda açılacaq.

Qeyd edək ki, prezident İlham Əliyev ötən il noyabrın 6-da "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASK ASC) yaradılması haqqında fərman imzalayıb. Səhmləri dövlətə məxsus olan ASK ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Ötən ilin dekabrın 4-də prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Eyni zamanda, "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib. "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının "Azərbaycan Beynəlxalq Bankı”ndan aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə verilib. "Azərbaycan Sənaye Korporasiyası” 500 mln. manatlıq kapitalla fəaliyyətə başlayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biznesinizi idarə etməyin mobil yolu
İqtisadiyyat 15:48
Biznesinizi idarə etməyin mobil yolu
TANAP vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazı 50 milyard kubmetrə çatıb
İqtisadiyyat 14:43
TANAP vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazı 50 milyard kubmetrə çatıb
Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!
İqtisadiyyat 12:50
Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
İqtisadiyyat 17:21
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
İqtisadiyyat 13:53
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
İqtisadiyyat 10:44
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl ucuzlaşıb - Məzənnə
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
İqtisadiyyat 18:00
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol