• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı

“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
29.05.2020 09:02
"Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi bu gündən etibarən 3 manata qaldırılıb.

Bu barədə Axar.az-a "Sədərək” TM-də taksi xidməti göstərənlər məlumat veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.

Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir:

"Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır”.

Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin avtomobilindən "taksi” işarəsini zorla alırlar.

Qeyd edək ki, "Sədərək” Ticarət Mərkəzində çalışan taksi sürücülərinin girişi 3 manata qaldırılması xəbərini ilk olaraq Axar.az saytı yayıb. Məlumat yayıldıqdan sonra TM-dən məlumatın yalan olduğu bildirilmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol