• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Azercell” satıldı

“Azercell” satıldı
29.05.2020 09:13
Finlandiya-İsveç telekommunikasiya şirkəti "Telia” Azərbaycanın ən iri mobil rabitə operatoru "Azercell”dəki payını satdığını elan edib.
 
Virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, şirkət bu satışı Mərkəzi Asiya bazarlarını tərk etmək barədə 2015-ci ildə elan etdiyi strategiyaya əsasən həyata keçirib. Bu vaxta qədər "Telia” Nepal, Tacikistan və Gürcüstan telekommunikasiya bazarını tərk etmişdi.

Açıqlamaya görə "Telia” Azərbaycanın mobil rabitə şirkəti "Azercell”dəki 51.3 faizlik səhm payını 273.5 milyon dollara satmağa razılaşıb. "Azercell”in səhmlərinin 51.3 faizini alan Azərbaycanın "AzİnTelecom” MMC şirkətidir. Bu barədə "Telia” şirkətindən yayılan açıqlamada deyilir.

"Fintur Holdings BV "Azercell” mobil rabitə operatorunun yeganə səhmdarı olan "Azertel Telekommunikasyon Yatırım Diş Ticarət A.Ş. şirkətinin səhmlərinin 51.3 faizini "AzİnTelecom”a satmağa razılıq verib”-şirkət bildirir.

"AzİnTelecom” şirkəti 2015-ci ilin iyun ayında Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılıb. Şirkət Azərbaycanla xarici ölkələr arasında səs trafiki mübadiləsi, telekommunikasiya avadanlıqlarının lisenziyalaşdırılması və digər xidmətlərlə məşğul olur.

"Telia” bildirir ki, "Azercell”in səhmlərinin satışına dair sövdələşmə hələ rəsmiləşməyib. Bununla belə "Telia” Avrasiya və Mərkəzi Asiya bazrlarından çəkilməsi bu il başa çatdıracağına ümid edir. Xatırladaq ki, "Telia” Özbəkistan telekommunikasiya bazarında ciddi korrupsiya sövdələşmələrinə girdiyi üçün qalmaqalla üzləşib. Şirkətin mərhum prezident İslam Kərimovun qızı Gülnara Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi üzə çıxmışdı. Nəticədə "Telia” milyardlarla dollar cərimə ödəməli olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol