• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Əcnəbilərin qeydiyyatı bütün ölkədə ASANlaşdı

Əcnəbilərin qeydiyyatı bütün ölkədə ASANlaşdı
21.05.2018 17:00
Bu gündən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilkin olaraq elan edildiyi kimi Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən bütün "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcəkdir.
 
DMX-dan AzVision.az-a verilən xəbərə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN xidmət” mərkəzlərində olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında bu il mayın 17-də imzalanmış Anlaşma Memorandumunun icrasına əsasən həyata keçirilir. 

Memoranduma əsasən Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin "ASAN xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər.

Məqsəd olduğu yer üzrə qeydiyyat prosesində şəffaflığın, rahatlığın təmin edilməsi, mümkün növbələrin qarşısının alınması, xidmətdən istifadə məmnunluğunun artırılması və şəxslərin müraciət imkanlarının genişləndirilməsidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo invest-də “Komissiyasız alış günləri” başladı!
İqtisadiyyat 09:52
Yelo invest-də “Komissiyasız alış günləri” başladı!
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Məzənnə açıqlanıb
Azərbaycanın qarğıdalı idxalı azalıb
İqtisadiyyat 13:01
Azərbaycanın qarğıdalı idxalı azalıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:29
Azərbaycan nefti ucuzlaşıb
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
İqtisadiyyat 09:28
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub
İqtisadiyyat 20:40
Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub
Nazirlikyeni sosial-iqtisadi inkişaf strategiyası üzrə hazırlıqlar başlayıb
İqtisadiyyat 18:55
Nazirlikyeni sosial-iqtisadi inkişaf strategiyası üzrə hazırlıqlar başlayıb
Rusiyada İskəndər Xəlilovun oğlunun şirkətində axtarışlar aparılıb/Yenilənib
İqtisadiyyat 18:54
Rusiyada İskəndər Xəlilovun oğlunun şirkətində axtarışlar aparılıb/Yenilənib
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
İqtisadiyyat 17:33
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol