• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Yeni icra başçısı sakinlərin xahişini yerinə yetirdi

Yeni icra başçısı sakinlərin xahişini yerinə yetirdi
15.06.2018 22:54

İşbazların zəbt etdiyi ərazilər əhalinin ümumi istifadəsinə qaytarıldı

Bakının Binəqədi rayonu ərazisində, 9-cu mikrorayonda əhalinin ümumi istifadəsində olan iki torpaq sahəsinin zəbt edilməsi və hasarlanması cəhdlərinin qarşısı alınıb.

Buna sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətinin yeni rəhbəri Elxan Allahverdiyevə müraciəti nəticəsində nail olunub.

Demə, həmin torpaq sahələrindən biri - Adil Məmmədov küçəsi, 83 saylı yaşayış binasının arxasında 40-dək ağacın və avtobus dayanacağının yerləşdiyi ərazi hələ 4 il öncə özəlləşdirilib. Bu ərazidən piyada yolu keçir və sakinlər hər gün bu yoldan istifadə edir.

Torpaq sahibinin burada nə tikmək istədiyi məlum deyil. Amma ərazini hasarlamaq niyyətində olub. Onun ilk cəhdinin qarşısı alınsa da, sonra əraziyə bir maşın daş boşalda bilib. Lakin sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətinə müraciətindən sonra ərazi iyunun 12-də daşlardan təmizlənib.

Məlum olub ki, qeyd edilən torpaq sahəsində tikinti işinin aparılması barədə nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Binəqədi Rayon İcra Hakimiyyətinin icazəsi var.

Bununla belə, sakinlər anlaşılmaz vəziyyətlə üzləşib. Onlar ərazinin 4 il öncə özəlləşdirilməsindən indi xəbər tutublar. Bu xəbər şok effekti yaradıb. Təssəvvür edin: hər gün gedib-gəldiyiniz piyada yolu... bir səhər eşidirsiniz ki, özəlləşdirilib.

İndi məlum olur ki, bu torpaq sahəsi hələ 2007-ci ildə Binəqədi bələdiyyəsinin 30 dekabr tarixli qərarı ilə sakinlərin tanımadığı bir şəxsə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün ayrılıb. Lakin indiyədək ərazidə heç bir sahibkarlıq fəaliyyəti göstərilməyib. İndi isə torpaq sahəsinin digər şəxsə satıldığı və 2014-cü ildə həmin şəxsin adına özəlləşdirildiyi məlum olub.

Sakinlər hesab edirlər ki, Binəqədi bələdiyyəsi qanunları kobud şəkildə pozub və müvafiq qanunvericiliyə görə, ümumi istifadədə olan bələdiyyə torpaqlarının nəinki özəlləşdirilməsinə, hətta icarəyə verilməsinə yol verilmir.

Ərazidə bir başqa ünvanda - Adil Məmmədov küçəsi, 85 saylı binanın arxasında da aylar öncə hasarlanan torpaq sahəsi işbazların zəbtindən azad edilib. Bu ərazinin kimlər tərəfindən hasarlanması da məlum deyil. Yaşayış binasına çox yaxın məsafədə hasarlanan torpaq sahəsində, demə, heç bir tikinti-quraşdırma işinə rəsmi icazə olmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda üzüm tinglərinin istehsalı təşkil olunub - FOTOLAR
İqtisadiyyat 13:37
Azərbaycanda üzüm tinglərinin istehsalı təşkil olunub - FOTOLAR
“Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR
İqtisadiyyat 17:38
“Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR
Gəncədə koronavirusdan ölən şəxs belə dəfn edildi - FOTOLAR
İqtisadiyyat 15:40
Gəncədə koronavirusdan ölən şəxs belə dəfn edildi - FOTOLAR
Toyota bu il Azərbaycan bazarının 30%-nə iddialıdır - FOTOLAR
İqtisadiyyat 01:30
Toyota bu il Azərbaycan bazarının 30%-nə iddialıdır - FOTOLAR
Bir kababxana üç dövlət orqanını saya almır... - FOTO
İqtisadiyyat 09:00
Bir kababxana üç dövlət orqanını saya almır... - FOTO
Yeni Lexus UX artıq Azərbaycanda - FOTOLAR
İqtisadiyyat 14:25
Yeni Lexus UX artıq Azərbaycanda - FOTOLAR
Yeni icra başçısı sakinlərin xahişini yerinə yetirdi
İqtisadiyyat 22:54
Yeni icra başçısı sakinlərin xahişini yerinə yetirdi
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
İqtisadiyyat 18:40
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Bakının reklam bazarına ağalıq etmiş Əli Əsgərov “Bığ Əli”dən “Lexus Əli”yə necə çevrildi?
İqtisadiyyat 14:18
Bakının reklam bazarına ağalıq etmiş Əli Əsgərov “Bığ Əli”dən “Lexus Əli”yə necə çevrildi?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol