• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank İnsan kapitalı Akademiyasını açdı

Kapital Bank İnsan kapitalı Akademiyasını açdı
17.09.2018 10:55
14 sentyabr 2018-ci il tarixində Kapital Bank İnsan Kapitalı Akademiyasının açılış mərasimini keçirdi. Akademiya Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küç., 12 ünvanında yerləşən Kapital Bank-ın inzibati binasının 3-cü mərtəbəsində fəaliyyət göstərir.

Açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, "FireWorks HRM” şirkətinin direktoru Laura Həmidova, Türkiyənin DenizBank Akademiyasının nümayəndəsi Tankut Çığır və digər rəhbər şəxslər iştirak edirdi. Akademiya keyfiyyətli və ehtiyacları qarşılayan tədris vasitəsi ilə Azərbaycanın bank sektorunda korporativ təlim və inkişaf üzrə lider təsisat olmağı hədəfləyir.

İnsan Kapitalı Akademiyası Kapital Bank-ın işçi heyətinin, tərəfdaşlarının, müştərilərinin və maraqlı olan digər tərəflərin bankçılıq və idarəetmə üzrə peşəkarlıq səviyyəsinin artırılmasına xidmət göstərir və beynəlxalq ekspertizanı yerli yanaşma ilə təqdim edir. İnsan Kapitalı Akademiyası 3 strukturlu tədris proqramı və çoxsaylı təlimlər təklif edir. Tədrisi həyata keçirən şəxslərin əksəriyyəti bankın təcrübəli əməkdaşları, bir qismi isə partnyor şəxslər və təşkilatlardır.

"Akademiyanın tərkibində yaradılmış kitabxanada azərbaycan, ingilis, türk və rus dillərində olmaqla müxtəlif sahələrə və istiqamətlərə aid olan yüzlərlə kitab təqdim olunur. Bura, eyni zamanda, kiçik biznes mərkəzi rolunu daşıyır. Belə ki, burada "qoş və qoşul” konsepsiyası tətbiq olunub və ofisdən kənarda rahat işləyə bilmək, müxtəlif layihələr üzərində çalışmaq, araşdırmalar aparmaq və təqdimatlar hazırlamaq üçün şərait yaradılıb”, - deyə, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, binada ümumilikdə müxtəlif funksionallıq üzrə hazırlanmış 9 zal, 1 məişət otağı və 1 ümumi sahə vardır. Otaqların adlandırılması zamanı Azərbaycanın müxtəlif dağ və zirvələrinin adlarından istifadə olunub. Bina ümumilikdə 160 nəfərin eyni zamanda tədris və fəaliyyətlə məşğul olması üçün tutuma malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol