• $
  • €
  • ₽
  • ₺
  • £

Minlərlə "Bakcell" abunəçisi “SMSRadar” xidmətindən faydalanır

Minlərlə "Bakcell" abunəçisi “SMSRadar” xidmətindən faydalanır
22.11.2018 17:47
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri arasında böyük rəğbət qazanmış "SMSRadar” xidmətinə artıq 65 min nəfərdən çox insan qoşulub.  

Abunəçilərin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verilmiş "SMSRadar” xidməti avtomobil idarə edənlər üçün çox faydalıdır. Aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cəriməsi haqqında ətraflı məlumatı SMS vasitəsilə almaq imkanına malikdirlər. 

Böyük populyarlıq qazanmış bu innovativ və əlverişli xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən Bakcell abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır. Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olunandan sonra göndərilir.

Xidmət barədə ətraflı məlumat https://www.bakcell.com/az/sms-radar və yaxud www.smsradar.az internet səhifələrindən əldə oluna bilər. 

Qeyd edək ki, SMSRadar mobil əlavəsi yükləmə sayı üzrə Azərbaycanda 8-ci yeri tutur. Həmin mobil əlavəni Appstore və ya PlayMarket vasitəsilə yüklənən abunəçilər cəriməyə aid foto və videoları da izləmək imkanına malikdir.  Mobil əlavəni birbaşa yükləmək üçün aşağıdakı linkdən istifadə edin:


İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün innovativ, olduqca əlverişli və maraqlı xidmətlər göstərməyə davam edəcək. 

***

Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. 
  






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol