Toyota bu il Azərbaycan bazarının 30%-nə iddialıdır - FOTOLAR
Bu gün Yaponiyanın Toyota avtomobil şirkəti Azərbaycan
bazarına çıxardacağı iki modelinin , yeni Corolla və RAV4 avtomobillərinin, təqdimat mərasimini keçirib. Gürcüstanın
Rustavi şəhərində təşkil edilən tədbirin iştirakçıları həm yeni modellərin üstünlükləri barədə məlumat almaq, həm də
onları sürmək imkanı əldə ediblər.
Texnoloji inkişaf baxımından daha sürətli və innovativ
yeniliklər edən yaponlar avtomobil sahəsində də dünyaya məşhur brendlər təqdim
etməkdədirlər.
Əvvəlki RAV4 modeli yığılmış və sadə dizayna malik idi. Bu modelə baxdıqda insan maşında heç bir artıq və qabarıq şey görmürdü. Bundan fərqli olaraq yeni model RAV4 xarici görünüş baxımından daha parlaq, güclü görünür və həmçinin monolitdir.
Yeni "Corolla” isə xromla işlənmiş füsunkar radiator barmaqlığı
və LED tipli möhtəşəm ön faraları rəvanlıqla bir araya gətirən futuristik
dizayna malidkir. Bundan əlavə, yeni modeldə avtomobilin salonu intellektual
dizaynı və komfortluğu özündə birləşdirir.
"2014-cü ildə Azərbaycanın avtomobil bazarında
36 min maşın satılıb. Daha sonra bu rəqəm
azalmağa doğru gedərək, sonrakı illərdə 15 min və 5
min avtomobilə qədər düşüb. 2019-cu ildə avtomobil bazarında 20 faizlik artım
gözlənilir . Bu isə satışın 7 min
avtomobilə qədər artması deməkdir. Biz əminik ki , bu il satılacaq avtomobillərin
30 faizi Toyotanın payına düşəcək”, - deyə Anew.az-a müsahibəsində Kamran Məmmədov
bildirib.
Paytaxt Bakıda yapon markasının həvəskarları üçün 2016-ci ildən rəsmi diller fəaliyyət göstərir. Toyota Abşeron Mərkəzi adlanan rəsmi diller bu marka həvəskarlarını Toyotaya daha da yaxınlaşıdırıb.
www.anews.az
Əvvəlki RAV4 modeli yığılmış və sadə dizayna malik idi. Bu modelə baxdıqda insan maşında heç bir artıq və qabarıq şey görmürdü. Bundan fərqli olaraq yeni model RAV4 xarici görünüş baxımından daha parlaq, güclü görünür və həmçinin monolitdir.
Toyota Abşeron
Mərkəzinin marketinq meneceri Kamran Məmmədov , Azərbaycan bazarına çıxarılacaq yeni modellərin
uğur qazanacağına əmindir.
Onun sözlərinə görə, avtomobil bazarında gözlənilən
dirçəliş bütövlükdə Azərbaycan iqtisadiyyatının
inkişaf tedensiyaları ilə bağlıdır.
Keçən ildən ölkə iqtisadiyyatında müşahidə olunan artım insanların
avtomobillərə olan marağını və tələbatını yenidən artırmağa başlayır.
Xatırladaq ki,
2006-ci ildən fəaliyyətdə olan Toyota Bakı Mərkəzi "Toyota Qafqaz və Orta
Asiya” şirkəti tərəfindən, satış göstəricisi sertifikatı ilə təltif olunub. Mərkəz "Toyota Motor Corporation”
tərəfindən Toyota standartlarına tam uyğunluq sertifikatı ilə təltif
edilib.Toyota Bakı Mərkəzi iki dəfə beynəlxalq İchiban mükafatına layiq
görülüb. Bu mükafat Toyota Motors Avropa tərəfindən müştəri məmnuniyyəti və
"Toyota Motors Corporation”nın standatrları tələbinə cavab verdiyinə görə
verilir.
Paytaxt Bakıda yapon markasının həvəskarları üçün 2016-ci ildən rəsmi diller fəaliyyət göstərir. Toyota Abşeron Mərkəzi adlanan rəsmi diller bu marka həvəskarlarını Toyotaya daha da yaxınlaşıdırıb.
Nigar Kərimova,
Minirə Qubatova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız