• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”nın xalis mənfəəti 3 dəfədən çox artıb

“Bank Respublika”nın xalis mənfəəti 3 dəfədən çox artıb
30.04.2019 11:08
Bank Respublika 2019-cu ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən, Bank birinci rübdə bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib və bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.

Belə ki, 31 mart 2019-cu il tarixinə bankın aktivləri 1 milyard manatı keçmişdir, bu da ötən ilin birinci rübünün göstəricisindən 47% çoxdur. Bundan başqa, Bankın məcmu kapitalı 28%, kredit portfeli 45%, depozit portfeli 60%, xalis mənfəəti isə 3 dəfədən çox artmışdır!

Hesabata əsasən, Bankın xalis faiz mənfəəti 2 dəfə artaraq 8,14 milyon manat, xalis əməliyyat mənfəəti isə 4 dəfədən çox artaraq 2,48 milyon manat təşkil etmişdir.

" Artıq bu ilin birinci rübündə Bank uğurlu nəticələr göstərmişdir, bunu aktiv olaraq artan müştəri bazası, eləcə də həm biznes  həm də fərdi bankçılıq sahəsində əldə etdiyimiz maliyyə göstəriciləri təsdiqləyir. Bz müştərilərimizin etibarını yüksək qiymətləndiririk və bankın məhsul və xidmət çeşidini genişləndirməyə, eləcə də xidmətin rahatlığını və keyfiyyətini daha da artırmağa davam edəcəyik. Cari il ərzində biz bütün sahələr üzrə daha böyük nəticələr əldə edəcəyimizə inanır və ölkə iqtisadiyyatının inkişafı üçün drayver rolu oynayan kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə apardığımız aktiv işlərimizi davam etdirəcəyik”- deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol