• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və AKİA sahibkarlar üçün birgə layihələr həyata keçirəcək

Bank Respublika və AKİA sahibkarlar üçün birgə layihələr həyata keçirəcək
20.06.2019 15:10
 İyunun 20-də Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və ölkənin aparıcı banklarından biri olan Bank Respublika Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
 
Anews.az xəbər verir ki, memorandumun məqsədi AKİA-nın müvəkkil kredit təşkilatlarından biri olan Bank Respublika ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır.
 Sənədi AKİA tərəfindən agentliyin sədri Mirzə Əliyev, Bank Respublika tərəfindən isə, bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
"Dövlətin aqrar sahədə tətbiq etdiyi güzəştlərdən faydananlar təkcə fermerlər deyil. Aparılan islahatlar, tətbiq edilən güzəştlər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına xidmət edir. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən istifadə ilə verilən güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı bankların, kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçılarının, sığorta və lizinq şirkətlərinin də müştəri şəbəkəsinin genişlənməsinə səbəb olur. Bunun müqabilində dövlət də həmin sahibkarlardan aparılan islahatlara dəstək istəyir
 
 Bu memorandumu imzalamaqda məqsədimiz fermerlərin məlumatlandırılmasında və aqrar sahədə biliklərinin genişləndirilməsində Bank Respublikanı özümüzə tərəfdaş görmək istəyimizdir” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə deyib.

" Bank Respublika sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Bu baxımdan, aqrar sahənin inkişafına birbaşa dəstək verən dövlət qurumu ilə - Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığımız bizə real sektorun dəstəklənməsi istiqamətində geniş imkanlar yaradır. Agentlik ilə əməkdaşlıq çərçivəsində bankımıza ayrılan güzəştli kreditlər kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. Bank Respublika qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmin olunması istiqamətində işlər görməyə davam edəcək” - deyə, bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Əməkdaşlıq memorandumu çərçivəsində fermer və sahibkarlar üçün birgə təlimlərin keçirilməsi, məlumatlandırma və reklam kampaniyalarının, seminarların təşkili nəzərdə tutulub.






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol