• $
  • €
  • ₽
  • ₺
  • £

Neft hasilatının daha 9 ay azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannaməsi”ni və uzunmüddətli “Əməkdaşlıq Xartiyası”nı Azərbaycan da imzalayı

Neft hasilatının daha 9 ay azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannaməsi”ni  və uzunmüddətli “Əməkdaşlıq Xartiyası”nı Azərbaycan da imzalayı
02.07.2019 16:44
Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Aneüs.az xəbər verir ki, neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü "OPEC plus” əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: "OPEC və qeyri-OPEC ölkələri arasında "Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcəkdir”.

İclasda  qeyri-OPEC ölkələrinin  nazirləri həmçinin, OPEC-in  gündəlik hasilatla bağlı iqtisadi və geosiyasi faktorları, dünya iqtisadiyyatının inkişaf tempini, tələb-təkllif dinamikasını nəzərə almaqla irəli sürdüyü təklifə də razılıq veriblər. Hasilatı azaltmaqla bağlı razılaşmanın qış mövsümünü tam əhatə etməklə uzadılması məqbul hesab edilib. Müzakirələrin yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən "Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.

Energetika naziri Pərviz Şahbazov qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi və sabitliyin qorunub saxlanması üçün "OPEC plus” ölkələrinin bu qərarına da münasibət bildirib: "Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır. "OPEC plus” ölkələri növbəti dəfə risklərə qarşı həmrəylik nümayiş etdirdilər. Azərbaycanın bu prosesə qoşularaq, "Əməkdaşlıq Bəyannaməsi”nə imza atması isə ölkəmizin maraqlarına tam uyğundur”, deyə nazir əlavə edib.

Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub.   Ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi” üzrə "OPEC plus” ölkələrinin  kvotaları isə dəyişməz qalır.  
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol