• $
  • £

Kapital Bank fərqli konsepsiyalı Lökbatan şöbəsini təqdim etdi

Kapital Bank fərqli konsepsiyalı Lökbatan şöbəsini təqdim etdi
03.09.2019 11:59
Kapital Bank Kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Məhz sözügedən istiqamətlə həyata keçirilən layihə çərçivəsində yeni şöbə müştərilərə təqdim edildi.  Binə Ticarət Mərkəzində yerləşən Lökbatan şöbəsində xüsusi ilə kiçik və orta sahibkarlar eyni zamanda fərdi şəxslər üçün bir çox bank əməliyyatları əlçatan olacaqdır.
 
Lökbatan şöbəsində Sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, valyuta mübadiləsi, POS ilə inteqrasiya olunmuş Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə bir sıra digər məhsullar təqdim ediləcəkdir.
 
"Son zamanlar Kapital Bank Kiçik və orta sahibkarlara xüsusi diqqət ayırır və hətta bunun üçün bankda geniş miqyaslı layihəyə start verilmişdir. Layihə çərçivəsində müştərilərə yeni məhsulların təqdim edilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, satış kanalları və satış nöqtələrinin artırılması, rəqəmsal transformasiya və bu kimi digər təşəbbüslər yer alır. Lökbatan şöbəsinin açılması da bu Layihənin Satış və xidmət nöqtələrinin artırılması təşəbbüsü çərçivəsində həyata keçirilmişdir. Yeni şöbənin açılışı ilə sahibkarların işləri asanlaşacaq və bank əməliyyatları üçün vaxt itirib, şəhər mərkəzinə gelmələrinə ehtiyac qalmayacaqdır”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
 
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Lökbatan şöbəsi, Kapital Bankın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 7-ci, xüsusi satış bölməsi olan isə sayca 5-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 3 yeni struktur bölmə (şöbə və filiallar)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın "Biznes üçün” bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
İqtisadiyyat 14:47
BB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Bayramov Naxçıvana dron hücumu ilə bağlı moldovalı həmkarını məlumatlandırıb
İqtisadiyyat 12:52
Bayramov Naxçıvana dron hücumu ilə bağlı moldovalı həmkarını məlumatlandırıb
Vətəndaşların banklarda əmanətlərinin həcminin 31%-ə yaxını xarici valyutatadır
İqtisadiyyat 12:16
Vətəndaşların banklarda əmanətlərinin həcminin 31%-ə yaxını xarici valyutatadır
Bir gündə 54 cinayətin üstü açılıb
İqtisadiyyat 10:30
Bir gündə 54 cinayətin üstü açılıb
Bank Respublika Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
İqtisadiyyat 09:45
Bank Respublika Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
İqtisadiyyat 13:57
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Sərfəli kredit axtarırsan?
İqtisadiyyat 11:29
Sərfəli kredit axtarırsan?
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
İqtisadiyyat 10:40
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol