“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı!

Müştəriyönümlü strategiyasını uğurla davam etdirən mobil operator
"Nar”, rəqəmsal formatda və real rejimdə şəxsi hesablara nəzarət etmək imkanı
verən "Nar+” tətbiqini artıq bir aydır ki, abunəçilərinin istifadəsinə verib.
Bu qısa müddət ərzində 35.000-dən çox "Nar” abunəçisi tətbiqi yükləyərək
qeydiyyatdan keçib.
Tətbiqin
daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5- dək hesaba nəzarət
etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə
istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq
lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz.
Tətbiq
vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə
edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet
paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq
kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat
alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.
Bundan
başqa, "Nar+” tətbiqi ümumilikdə lazım olan bütün informasiyanı verməklə, müştəri
xidmətlərinə zəng etmək ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət
etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək
təqdim olunur.
Qeyd edək
ki, "Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.
www.anews.az